Kadırov Braziliya komandasına uduzdu
09 Mart 2011 Çərşənbə 12:16
Həmyerlimiz Ramiz Məmmədov Çeçenistsn – Braziliya görüşündə çıxış edib.
Çeçenistanın mərkəzi şəhəri Qroznının Bilimxanov adına stadionunda maraqlı futbol matçı baş tutub. ANS PRESS-in Çeçenistan Reüspublikasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ramzan Kadırovun başçılığı altında oynayan komanda Braziliyanın 2002-ci ildə Dünya çempionu olmuş heyəti arasında dostluq matçı keçirilib.
Çeçenistan rəhbəri Ramzan Kadırovun kapitanı olduğu komandanın heyətində Oliver Kan, Vaqiz Hidiyattullin, Vladimir Besçastnıx, İlgiz Fəxriyev və həmyerlimiz, hazırda Qazaxıstanın “Atırau” kollaktivinin baş məşqçisi kimi çalışan Ramiz Məmmədov da yer alıb. Braziliya komandasının heyətində isə Karles Dunqa, Andre Kruz, Ze Mario, Roke Junior, Romario, Bebeto, Kafu, Elber, Ziko, Denilson, Calmin, Zetti və Ray kimi futbolçular oynayıb.
Qarşılaşma hər biri 25 dəqiqə davam etməklə iki hissədən ibarət olub. Braziliya yığmasının heyətində qolları Bebeto və Savio hərəyə iki dəfə, Kafu və Romario fərqlənib. Çeçenistan komandasında Ramzan Kadırov biri penalti zərbəsindən olmaqla iki qola imza atıb. Kadırovun yerinə yetirdiyi daha iki penalti zərbəsini isə Braziliya yığmasının qapıçısı dəf edib.
Oyun 4-6 Kadırovun komandasının mğlubiyyəti ilə başa çatıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: