K.Papulias Azərbaycana rəsmi səfərə gələcək
29 Mart 2011 Çərşənbə Axşamı 12:16
Yunanıstan prezidenti Karolos Papulias aprelin 4-də Azərbaycana rəsmi səfərə gələcək.


APA-nın məlumatına görə, 3 gün davam edəcək səfər prezident İlham Əliyevin rəsmi dəvəti əsasında gerçəkləşir. Yunanıstan prezidentini səfərdə xarici işlər naziri Dimitrios Droutsas, dəniz işləri, adalar və balıqçılıq naziri Yannis Diamantidis, ətraf mühit, energetika və iqlim dəyişiklikləri naziri İoannis Maniatis müşayiət edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar