Julius Vobay yenidən “Xəzər Lənkəran”da
14 Aprel 2012 Şənbə 22:12
Syerra Leoneli futbolçu klubun düşərgəsinə qayıdıb.
“Xəzər Lənkəran”ın Syerra Leoneli futbolçusu Julius Vobay komandanın düşərgəsinə qayıdıb.
Klubdan ANS PRESS-ə verilən məlumata görə, Julius Vobay qış fasiləsi zamanı vətəninə yollanıb və bundan sonra komandanın toplanışına qayıtmayıb. Lakin, FİFA Mübahisələrin Həlli Palatasının qərarına əsasən Julius Vobayın “Xəzər Lənkəran”ın futbolçusu olduğu və onun klubla müqaviləsinin mövcudluğu faktı təsdiqlənib.
Hazırda Julius Vobay komandanın düşərgəsindədir. Yaxın günlərdə futbolçu məşq prosesinə qoşulacaq.
DOSTLARINLA PAYLAŞ: