Joze Mourinyonu məğlub edən məşqçi öldü
07 İyun 2012 Cümə Axşamı 16:30
Manuel Presiada 54 yaşında dünyasını dəyişib.
Ötən gün "Villarreal" komandası ilə müqavilə imzalayan ispaniyalı baş məşqçi Manuel Presiada vəfat edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, 54 yaşlı futbolçu ötən gün infarkt nəticəsində ölüb.

Manuel Presiada 6 il boyunca "Sportinq Xixon" klubunu çalışdırıb. Manuel Presiada dünya futbol tarixinə Joze Mourinyonun çalışdırdığı komandalara çalışdırdığı komandalara doğma meydanda 9 il məğub olmama rekorduna imza atmaqla düşüb. "Sportinq Xixon" ötən il "Real Madrid"i 1–0 hesabı ilə məğlub etmişdi. Mourinyo bu qarşılaşmaya kimi çalışdırdığı komandalarda öz stadionunda 150 matçda məğlub olmamışdı.

Mourinyo Presiado 2002-ci ildə xərçənglə mübarizə aparan həyat yoldaşını, iki il sonra 15 yaşında oğlunu avtoqəza nəticəsində itirmişdi. O zaman o, "özümü vura da bilərəm, davam edə də bilərəm", deyə keçirdiyi hissləri anlatmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar