Joze Mourinyo Real klubunda
27 May 2010 Cümə Axşamı 17:55
"Real" klubu istefaya göndərilən məşqçiyə 4 milyon avro təzminat ödəyəcək.
İspaniyanın “Real” klubu baş məşqçi Manuel Pelleqrininin istefaya göndərildiyini və onun yerinə bu posta Joze Mourinyonun təyin olunduğunu rəsmən bəyan edib. Bu məlumatı “Real”ın prezidenti Florentino Perez verib.

Manuel Peleqrini ilə klub arasında 1 illik müqavilə olduğuna görə, klub baş məşqçiyə 4 milyon avro təzminat ödəyəcək. Joze Mourinyo isə 2003-2004-cü il mövsümündən bu yana “Real”ı çalışdıracaq sayca 10-cu baş məşqçi olacaq. Mourinyo ilə “Real” klubu arasında 4 illik müqavilə bağlanacağı gözlənilir.

Xatırladaq ki, “Real” Joze Mourinyonun baş məşqçi kimi çalışdıracağı 4-cü klub olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar