Joze Mourinyo "Real"a məşqçi təyin edilə bilər
19 Fevral 2010 Cümə 17:20
Madrid klubu Joze Mourinyo ilə danışıqlara başlayıb
İtaliyanın “İnter” klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo “Real” klubu ilə danışıqlara başlayıb. İspaniyanın “Marca” qəzeti baş məşqçinin artıq bu yaydan etibarən “Kral klubu”nu çalışdıracağını iddia edia edib.

“Real” prezidenti Florentino Peresin baş məşqçini Madridə gətirmək üçün əlindən gələni etdiyi bildirilir.

Joze Mourinyonun “Real”ı çalışdıracağı təqdirdə, onun illik gəlirinin 9,5 milyon avro olacağı deyilir.

Xatırladaq ki, Joze Mourinyo məşqçilik karyerası ərzində “Portu” və “Çelsi” kimi klubları çalışdırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar