Joze Mourinyo razılıq verdi
21 May 2010 Cümə 16:10
Məşqçi Joze Mourinyo "Real" klubu ilə 3 illik müqavilə imzalayacaq.
İtaliyanın “İnter” klubunun baş məşqçisi Joze Mourinyo “Real”a keçməyə razılıq verib. “Marca” qəzetinin yaydığı məlumata görə, portuqaliyalı baş məşqçi “Kral klubu” ilə 3 illik müqaviləyə imza atacaq.

Onun İspaniyada illik məvacibi 10 milyon avro olacaq. Baş məşqçi bununla da 2 milyon avro ziyana düşmüş olacaq. Belə ki, Joze Mourinyo “İnter” baş məşqçisi kimi illik 12 milyon avro məvacib alırdı.

Xatırladaq ki, Mourinyo əvvəllər Portuqaliyanın “Leyriya”, “Portu” və İngiltərənin “Çelsi” klubunu çalışdırmışdı. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar