Joze Mourinyo italyanlardan narazıdır
19 May 2010 Çərşənbə 16:30
Məşqçi Joze Mourinyo "İnter"dən ayrılacağını istisna etmir.
“İnter” klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo ona İtaliyada hörmət edilmədiyini bildirib. Bu məlumatı o, UEFA Çempionlar Liqasının final qarşılaşmasına cəmi 4 gün qalmış bəyan edib.

“Mən “İnter”dən ayrıla bilərəm. Buna səbəb isə mənə bu ölkədə hörmət olunmamasıdır”, - deyə Joze Mourinyo bildirib. Baş məşqçi Çempionlar Liqasının finalından sonra karyerasını harada davam etdirmək üçün 3-4 gün fikirləşəcəyini də vurğulayıb.

Xatırladaq ki, Joze Mourinyo bu mövsümün əvvəlində “İnter”ə baş məşqçi təyin olunmuşdu.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar