Jalə Kuboku gürcülərə nəsib oldu. Qəbələdə keçirilən yarışın finalında "Kəpəz" Gürcüstanın "Dila" klubuna yenilib.
Qəbələdə keçirilən "Jalə Kuboku"na yekun vurulub. Turnirin son oyununda "Kəpəz"lə Gürcüstanın "Dila" klubları qarşılaşıb. Oyunun ilk yarısında qapılara qol vurulmayıb və matçın taleyinə ikinci yarıda vurulan yeganə qol aydınlıq gətirib. 79-cu dəqiqədə Razanaşvili vurduğu qolla "Dila"nı ilk dəfə keçirilən "Jalə Kuboku"nun qalibi edib.
Qeyd edək ki, 4 komandanın iştirakı ilə keçirilən turnirin üçüncü yer uğrunda oyununda Azərbaycanın "Qəbələ" və Gürcüstanın "Spartak" klubları qarşılaşıb. 1:0 hesablı qələbə qazanan gürcülər üçüncü yeri tutub.
Final
"Kəpəz" (Gəncə, Azərbaycan) - Dila (Qori, Gürcüstan) 0:1
Qol: Razanaşvili, 79.
ANSPRESS