Jaba Super Liqa klubundan imtina etdi
26 Oktyabr 2010 Çərşənbə Axşamı 17:15
Futbolçu Jaba "Bakı"da qalmaq istəyir.
"Bakı"nın braziliyalı futbolçu Jaba Türkiyə klubunun təklifindən imtina edib. Bu barədə futbolçunun özü məlumat verib. Braziliyalı oyunçu "Bakı"da qalmaq istədiyini bildirib.

"Uzun müddət Türkiyədə oynamışam. Super Liqada 100-dən artıq qol vurmuşam. Bu səbəbdən Türkiyə klubları həmişə mənimlə maraqlanır. Bu yaxınlarda yeni təklif almışdım. Amma mən "Bakı"nı, Hafiz müəllimi (Hafiz Məmmədov) çox sevirəm. Bu səbəbdən "Bakı"da qalmağa qərar verdim", - deyə o vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar