İviça Oliç yarım illiyə sıradan çıxdı
02 Noyabr 2010 Çərşənbə Axşamı 00:45
“Bavariya”nın hücumçusu İviça Oliç məşq zamanı dizindən xəsarət alıb.
Almaniyanın “Bavariya” klubunun və Xorvatiya millisinin hücumçusu İviça Oliç aldığı zədə üzündən yarım illiyə sıradan çıxıb. Bu barədə məlumat “Bavariya”nın internet saytında yerləşdirilib.
Futbolçu məşq zamanı dizindən xəsarət alıb və əlavə tibbi müayinə üçün ABŞ-a yollanıb. Onun bərpa olunacağı dəqiq vaxt hələ məlum deyil. Amma Oliçin azı altı ay futboldan uzaq qalacağı bildirilir. Onun avqustda aldığı xəsarətin yenidən baş qaldırdığı ehtğimal olunur. Həmin vaxt futbolçu və klub yalnız terapiya ilə kifayətlənmişdilər. Bu dəfə isə əməliyyatsız keçinmək mümkün olmayacaq.
Qeyd edək ki, “Bavariya”da Oliçlə yanaşı Aryen Robben, Frank Riberi, Mark Van Bommel, Diyeqo Kontento və Miroslav Kloze də zədəlidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: