İtalyanların son məşqi
19 Mart 2010 Cümə 23:20
Sabah “Rabitə” İtaliyanın “Yamamay Busto” klubu ilə qarşılaşacaq
Bu gün Sərhədçi olimipiya idman kompleksində İtaliyanın “Yamamay Busto Arsizio” klubu oyun öncəsi son məşqinə çıxıb. Avropa Voleybol Konfederasiyası (CEV) kubokunun yarımfinal mərhələsində ölkəmizi təmsil edən “Rabitə” komandasının rəqibi olacaq italyan klubunun heyətlə bağlı problemi yoxdur.

Komandanın baş məşqçisi Karlo Parizi yetirmələrini “Rabitə”yə qarşı tam kökləyə bildiyini düşünür. “Rabitə”nin İstanbulda “Əczaçıbaşı”ya qarşı keçirdiyi oyununu izləmişik. Əlbəttə bununla kifayətlənmək istəməzdik, amma düşünürəm ki, rəqib haqqında əldə etdiyimiz məlumatlar hazırlaşmaq üçün yetərlidir. Hələlik final haqqında düşünmürük. Əsas məsələ sabahkı oyunda qələbə qazanmaqdır”,-deyə Karlo Parizi bildirib.

Qeyd edək ki, “Rabitə” yarımfinal görüşünü sabah saat 17:00-da İtaliyanın “Yamamay Busto Arsizio” klubuna qarşı keçirəcək. Bu oyundan sonra, saat 19:30-da meydança Rusiyanın “Uraloçka” və Serbiyanın “Srvena Zvezda” kublarının ixtiyarına veriləcək. Yarımfinal cütlüklərinin qalibləri isə mart ayının 21-də baş tutacaq final matçında üz-üzə gələcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar