İtaliyanın durumu ağırlaşdı
20 İyun 2010 Bazar 21:05
İtalyanlar Yeni Zelandiya yığmasının müqavimətini qıra bilməyib.
Bu gün F qrupunda növbəti oyun baş tutub. Slovakiya-Paraqvay matçının ardınca İtaliya–Yeni Zelandiya qarşılaşması baş tutub. Lakin hamının gözlədiyi baş verməyib. İtaliya yığması bütün səylərə baxmayaraq rəqibin müqavimətini qıra bilməyib. Matç 1:1 hesabı ilə başa çatıb. Şmeltsin 7-ci dəqiqədə vurduğu qola italyanlar Yakvintanın qolu ilə cavab verib. Yakvinta 29-cu dəqiqədə penaltidən hesabı bərabərləşdirə bilib.

Qeyd edək ki, bu gün həmçinin meydana Braziliya yığması da çıxacaq. Braziliyalıların rəqibi Kot d’İvuar yığması olacaq. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar