İtaliyalı futbolçular tətilə başladı
10 Sentyabr 2010 Cümə 16:40
Aksiyanın sentyabrın 25-26-dək davam edəcəyi gözlənilir.
İtaliya klublarında çıxış edən futbolçular tətilə başlayıblar. Futbolçular sentyabrın 25-26-sı tarixinədək futbol qarşılaşmalarında iştirak etməmək qərarına gəliblər.
“Futbolçular meydanlara çıxmamaq haqqında razılıq əldə ediblər. Biz futbolçularla liqa arasında müqavilələrin yeni qaydalarına etiraz edirik”, - deyə “Milan”ın futbolçusu Massimo Oddo bildirib.
Xatırladaq ki, bu yay futbolçular assosiasiyası və İtaliya liqası arasında əldə olunmuş razılıq qüvvədən düşüb. Tərəflər yeni razılığa gələ bilməyərək müqavilə imzalamayıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: