İtaliyada bütün oyunlar təxirə salındı
15 Aprel 2012 Bazar 00:52
Buna “Peskara”-“Livorno” oyununda baş vermiş faciə səbəb olub.
Futbol üzrə İtaliya çempionatının A və B seriyasında istirahət günlərinin bütün oyunları təxirə salınıb. ANSA agentliyinin məlumatına görə, buna “Peskara”-“Livorno” oyununda baş vermiş faciə səbəb olub. Oyun zamanı qonaqların yarımmüdafiəçisi Pyermario Morozininin vəziyyəti qəflətən pisləşib və o, dünyasını dəyişib.

Xatırladaq ki, İtaliya çempionatının A seriyasında “Milan”-“Cenoa” və “Udineze”-“İnter” oyunları keçirilməliydi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar