İtaliya yığması millimizə rəqib oldu
30 Noyabr 2010 Çərşənbə Axşamı 13:20
İsveçrənin Nyon şəhərində püşkatma mərasimi baş tutub
Bu gün İsveçrənin Nyon şəhərində 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 2011-2012-ci il mövsümünün püşkü atılıb.

ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, yığmamız 7-ci qrupda Xorvatiya, Ukrayna və Belçika komandası ilə mübarizə aparacaq. Bu qrupun oyunları 2011-ci il oktyabrın 25-də, 27-də və 30-da Xorvatiyada keçiriləcək.

UEFA-nın mənzil-qərargahında həmçinin 19 yaşadək komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 2011-2012-ci il mövsümünün də püşkü atılıb. Püşkün nəticəsinə əsasən, Azərbaycan yığması İtaliya, Rumıniya və İsveçdən olan həmyaşıdları ilə eyni qrupda mübarizə aparacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar