Futbol üzrə İtaliya kubokun qalibi müəyyənləşib. Kubokun final matçında "Latsio" və "Sampdoria" klubları üz-üzə gəlib. 11 metrlik cərimə zərbələrindən sonra "Sampdorian"ı 7-6 hesabı ilə məğlub edən "Latsio" İtaliya kubokunun qalibi olub.
Hər iki komandanın da uzun müddətdir gözlədiyi final matçında ilk qolu "Latsio" vurub. Matçın 4-cü dəqiqəsində Zarate hesabı açıb 1-0. "Sampdoria"nın bu qola cavabı 41-ci dəqiqədə gəlib. Pazzinin vurduğu qol hesabı bərabərləşdirib 1-1. Qarşılaşmanın əsas vaxtı bu hesabla başa çatıb. Oyuna əlavə olunmuş 30 dəqiqədə də hesab dəyişmədiyi üçün İtaliya kubokunun qalibi 11 metrlik cərimə zərbələri nəticəsində müəyyənləşib.
Penalti vuruşlarından sonra 7-6 hesablı qələbə qazanan "Latsio" İtaliya kubokunun sahibi olub.
Beləliklə tarixində 5-ci dəfə İtaliya kubokunu qazanan "Latsio", 2004-cü ildən sonra ilk dəfə bu kubokun qalibi oldu. /ANS PRESS/