İtaliya klubunun üzvü Dobriano Rabadjieva Azərbaycanda
23 May 2011 Bazar Ertəsi 16:39
Dobriano Rabadjieva “Rabitə” komandası ilə müqavilə imzalayıb.
Son Azərbaycan çempionu və Çempionlar Liqasının gümüş medallarının sahibi, qadınlardan ibarət “Rabitə” klubu heyətini gücləndirməkdə davam edir. ANS PRESS-in məlumatına görə, “Rabitə” Bolqarıstan yığma komandasının üzvü Dobriano Rabadjievanı heyətinə qatıb. Voleybolçu 1 illik müqaviləyə imza atıb. Rabadjieva İtaliyanın “Spes Koneyano” klubunda keçirdiyi uğurlu mövsümdən sonra karyerasını ölkəmizdə davam etdirməyə razılıq verib.

“Mən öz agentimə və “Rabitə” klubuna mənə belə dahi komandada oynamaq şansı yaratdıqlarına görə, təşəkkür edirəm. Mən çox şadam ki, Natalya Məmmədova, Nataşa Osmokraviç və Mira Qoluboviç kimi ulduz-voleybolçularla bir komandanın şərəfini qoruyacam. Ümid edirəmki,onların etimadlarını doğruldacam”, - deyə Dobriano Rabadjievanı bildirib.

Xatırladaq ki, “Rabitə” bir qədər əvvəl voleybolçuları Natalya Məmmədova, Mira Qoluboviç, Nataşa Krsmanoviç, Silvia Popoviç, Sanya Staroviç, Kimberli Qlass və İrina Jukova ilə müqaviləni yeniləyib. Çempion Türkiyənin “Fənərbaxça Acıbadem” klubunun üzvü Nataşa Osmokroviçlə isə yeni müqavilə imzalanmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar