İtaliya çempionatında İnter məğlub oldu
04 Dekabr 2011 Bazar 03:49
Dünyanın ən güclü klublarından biri ölkə çempionatının turnir cədvəlində 12-ci yeri tutur
Milanın “İnter” klubu İtaliya çempionatının 14-cü turu çərçivəsində öz meydanında “Udineze”yə məblub olub. Oyun qonaqların 1:0 hesablı qəbələsi ilə başa çatıb. Qarşılaşmadakı yeganə qolu Maurisio İsla vurub.
UEFA Çempionlar Liqasında “Trabzonspor”la eyni qrupda mübarizə aparan “İnter” ölkə çempionatının turnir cədvəlində 14 xalla 12-ci yeri tutur. “Udineze”nin isə 27 xalı var və “Milan”la ilk yerləri bölüşdürür.
Günün digər qarşılaşmasında isə “Napoli” öz meydanında “Leççe”yə 4:2 hesabı ilə qalib gəlib.
DOSTLARINLA PAYLAŞ: