İtaliya çempionatı: “Yuventus” və “Roma” sülh bağladı
14 Noyabr 2010 Bazar 03:15
Xal itkisi klublardan heç birinin liderlərin sırasına qoşulmasına imkan vermədi.
Turinin “Yuventus” və Romanın “Roma” klubları futbol üzrə İtaliya çempionatının 12-ci turunda heç-heçə oynayıblar.

Meydan sahiblərinin hücumçusu Vinçenso Yakvinta hesabı 35-ci dəqiqədə açıb. Lakin 10 dəqiqə sonra romalıların hücumçusu Françesko Totti 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib və oyunda yekun hesabı müəyyənləşdirib.

Turinlilər 20 xal toplayıblar və turnir cədvəlində “İnter”lə 4-5-ci yerləri bölüşdürürlər. Paytaxt klubu isə 19 xalla bir pillə aşağıdadır.

İtaliya çempionatına “Milan” (23 xal), “Latsio” (22 xal) və “Napoli” (21 xal) liderlik edir. anspres


DOSTLARINLA PAYLAŞ:

oyunlar