İtaliya çempionatı: İki oyunda 11 qol vuruldu (VİDEO)
10 Mart 2012 Şənbə 12:39
“İnter” nəhayət ki, azarkeşlərini sevindirib
Futbol üzrə İtaliya çempionatının 27-ci turu iki qarşılaşma ilə start götürüb. ANS PRESS-in məlumatına görə, Milanın “İnter” klubu səfərdə “Kyevo” klubu ilə üz-üzə gəlib. Matç Valter Samuel və Dieqo Militonun vurduğu qollarla qonaqların 2:0 hesablı qələbəsilə yekunlaşıb.
“İnter” bu qələbə sayəsində doqquz oyunluq qələbəsizlik seriyasına da son qoyub. Günün digər matçında isə “Napoli” doğma meydanda “Kalyari” kollektivini qəbul edib. Gərgin mübarizə şəraitində keçən matç “Napoli”nin 6:3 hesablı qələbəsilə yekunlaşıb. “Napoli” bu qələbə sayəsində aktivindəki xalların sayını 46-ya çatdıraraq 4-cü pilləyə yüksəlib. “İnter”də aktivindəki xalların sayını 40-a çatdırıb. Klaudio Ranyerinin yetirmələri 6-cı pillədə yer alıb. Turnir cədvəlinə isə 54 xal toplamış “Milan” klubu liderlik edir. Aktivində 52 xal olan “Yuventus” ikinci pillədədir.