İtaliya çempionatı: “Fiorentina” qalib gəldi
14 Noyabr 2010 Bazar 01:15
“Çezena”nı bir qolla məğlub edən “Fiorentina” turnir cədvəlində 9-cu yerə yüksəlib.
İtaliya çempionatının 12-ci turunda “Fiorentina” “Çezena”ya qalib gəlib.
Ötən axşam Artemio Franko adına stadionda keçirilən qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolu 59-cu dəqiqədə İtaliya millisinin 28 yaşlı hücumçusu Alberto Cilardino vurub.
“Fiorentina” bu qələbədən sonra 15 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib. “Çezena”nın isə 11 xalı var və turnir cədvəlində 19-cu yerdədir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: