İsveç xizəkçisi Olimpiadada qızıl medal qazandı
21 Fevral 2010 Bazar 03:20
İkinci yeri Almaniya, üçüncü yeri isə digər İsveç idmançısı tutub
İsveç xizəkçisi Markus Hellner Vankuverdə Olimpiya çempionu olub. O, məsafəni 1 saat 15 dəqiqə 11,4 saniyəyə qət edib və rəqiblərini qabaqlayıb.

Yarışda ikinci yeri alman Tobias Angerer tutub. O, qalibdən 2,1 saniyə geri qalıb. Finişə Markus Hellnerdən 2,8 saniyə gec çatan digər isveçli-Yohan Olssan isə bürünc medal qazanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar