İstanbulda derbi həyəcanı
07 Mart 2011 Bazar Ertəsi 17:56
"Qalatasaray"la "Fənərbaxça" martın 18-də üz-üzə gələcək
Futbol üzrə Türkiyə çempionatının 26-cı turunun proqramına aydınlıq gəlib. ANS PRESS-in “Goal.com”saytına istinadən verdiyi məlumata görə, 26-cı turun mərkəzi qarşılaşması “Qalatasaray” və “Fənərbaxça” klubları arasında oynanılacaq.

Matç martın 18-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. 26-cı turun oyunlarında çempionluğa namizəd olan “Trabzonspor” klubu səfərdə “Gənclərbirliyi” klubu ilə, “Bursaspor” isə “Ankaragücü” ilə üz-üzə gələcək.

Xatırladaq ki, Türkiyə çempionatında turnir cədvəlinə “Trabzonspor” liderlik edir. “Fənərbaxça” ikinci, “Bursaspor” isə üçüncü pillədə qərarlaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar