İspanlar UEFA reytinqində lideridir
11 İyun 2011 Şənbə 17:29
Azərbaycan yığması həmin reytinqdə 14,017 balla 47-ci yerdədir
UEFA milli komandaların dünya və Avropa çempionatlarının seçmə turnirləri və final mərhələlərində çıxışlarını nəzərə almaqla Avropa futbol yığmalarının reytinq cədvəlini açıqlayıb. Reytinqdə 2008-ci il Avropa, 2010-cu il dünya və 2012-ci il Avropa çempionatlarının təsnifat, habelə 2008-ci il Avropa və 2010-cu il dünya çempionatlarının final mərhələlərində çıxışlar nəzərə alınıb.

Azərbaycan yığması həmin reytinqdə 14,017 balla 47-ci yerdədir. Növbəti mövqelərdə Lixtenşteyn, Farer adaları, Lüksemburq, Malta, Andora və San-Marino qərarlaşmışlar. Azərbaycan komandasının bu yaxınlardakı rəqibi – Qazaxıstan yığması 14,965 balla 45-ci pillədədir.

Siyahıda İspaniya (43,016) liderdir. Niderland (42,013) ikinci, Azərbaycan yığmasının seçmə qrupda daha bir rəqibi olan Almaniya (40,449) üçüncüdür. “A” qrupunda çıxış edən digər komandalara gəldikdə isə, Türkiyə 18-ci, Avstriya 32-ci, Belçika 34-cü yerdədirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar