İspanlar “alman maşını”nı yarıyolda qoydular
08 İyul 2010 Cümə Axşamı 01:45
Heç vaxt dünya çempionu olmayan iki komandadan biri bu sevinci yaşayacaq.
Futbol üzrə Dünya Çempionatının sonuncu finalçısı məlum oldu. İspaniya millisi yarımfinal qarşılaşmasında Almaniya yığmasını məğlub etdi.
Durbanda keçirilən oyun hazırkı Avropa çempionlarının 1:0 hesablı qələbəsi ilə başa çatdı. Qələbə qolunu 73-cü dəqiqədə ispanların müdafiəçisi Karles Puyol vurdu.
Beləliklə, Dünya Çempionatının iyulun 11-də keçiriləcək finalında İspaniya və Hollandiya milliləri qarşılaşacaqlar. Bu komandalardan heç biri indiyədək dünya çempionu ola bilməyib. Bundan bir gün əvvəl isə üçüncü yer uğrunda Almaniya və Uruqvay yığmaları mübarizə aparacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: