İspaniyalı futbolçular Bakıya gəlir
18 Noyabr 2010 Cümə Axşamı 14:45
17 yaşadək qızlardan ibarət millimiz AÇ-nın ilkin seçmə mərhələsində mübarizəyə başlayır
İsveçrənin Nyon şəhərində futbol üzrə 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə əsasən, 9-cu qrupda yer alan Azərbaycan yığması İspaniya, Bosniya və Hersoqovina və Ukrayna komandaları ilə mübarizə aparacaq.
Bu qrupun oyunları 2011-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycanda keçiriləcək. İlkin seçmə mərhələdə qrupda birinci yeri tutan komandalarla yanaşı, ən yaxşı nəticə ilə ikinci pillədə qərarlaşmış 4 yığma da növbəti seçmə mərhələyə vəsiqə qazanacaq. Almaniya və Hollandiya yığmalarının birbaşa qatılacağı ikinci seçmə mərhələnin oyunları 2012-ci ildə keçiriləcək.
Xatırladaq ki, FİFA İcraiyyə Komitəsinin qərarına əsasən, 2012-ci ildə 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının final mərhələsi Azərbaycanda təşkil olunacaq.
DOSTLARINLA PAYLAŞ: