İspaniyada futbol böhranı olacaq?
04 Fevral 2011 Cümə 16:40
La Liqanın 24-cü turu baş tutmaya bilər
İspaniya klubları fevralın 19-20-də keçirilməsi nəzərdə tutulan La Liqanın 24-cü turunun oyunlarını boykot edə bilər. ANS PRESS-in “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, İspaniya klubları hökumətin bukmeker kontorları və lotereya oyunlarından əldə edilən gəlirlərdən klublara faiz verilməməsi ilə bağlı qərara etiraz əlaməti olaraq bu addımı atmaq istəyir.
Bundan başqa İspaniya Peşəkar Futbol Liqası hökumətin bu qərarı ilə bağlı tətil keçirməsini də planlaşdırır. Peşəkar Futbol Liqasında bu məsələyə həsr ediləcək növbədən kənar assambleyada”Barselona” və ”Real” prezidentlərinin iştirakına da ümid edir.
Peşəkar Futbol Liqası Sandro Rossell və Florentino Peresin nüfuzundan istifadə edərək bu problemin öz həllini tapacağına ümid edir.
DOSTLARINLA PAYLAŞ: