İspaniyada Arda Turan şousu
19 Sentyabr 2011 Bazar Ertəsi 14:48
Türk futbolçu “Atletiko”nun qələbə qazanmasında böyük pay sahibi olub
Argentinalı ulduz futbolçu Serxio Aqueronun komandadan ayrılmasından sonra “Atletiko” (Madrid) klubu gözlənilənin əksinə olaraq inamlı qələbələr qazanmaqda davam edir. ANS PRESS-in məlumatına görə, “Atletiko” (Madrid) öz meydanında “Rasinq” klubunu 4:0 hesabı ilə məğlub edib.

Qarşılaşma “Atletiko”nin yeni transferləri olan Falkao və Arda Turanın benefisi ilə yadda qalıb. “Portu“ klubundan “Atletiko”ya transfer olunan Falkao qarşılaşmada het-trik edib. Arda Turan iki qolun ötürməsini verməklə yadda qalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar