İspaniya futbol üzrə dünya çempionudur!
12 İyul 2010 Bazar Ertəsi 01:55
İniyestanın 117-ci dəqiqədə vurduğu qol İspaniya dünya çempionu adını bəxş etdi.
Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatı başa çatıb. APA-nın məlumatına görə, Yohannesburqun 85 min yerlik Soccer Sity stadionunda keçirilən final matçında Hollandiyaya 1-0 qalib gələn İspaniya millisi dünya çempionu adını rəsmiləşdirib.Əsas vaxtı 0-0 bitən oyunda ispanlara dünya çempionu adını qazandıran qələbə qolunun müəllifi İniyesta olub. 117-ci dəqiqədə gözəl zərbə ilə rəqibi məyus edən İniyesta komandasına ilk dəfə dünya çempionu adını qazandırıb.
Xatırladaq ki, İspaniya bu ali titulu qazanan sayca 8-ci ölkədir. Çempionatın gümüş medalları ilə kifayətlənməli olan Hollandiya yığması indiyədək üç dəfə finalda oynamaq hüququ qazansa da, çempionluq hədəfini reallaşdıra bilməyib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar