İspaniya futbol çempionatı başa çatdı
22 May 2011 Bazar 04:03
İspaniya futbol çempionatı başa çatdı. “Barselona”, “Real”, “Valensiya” və “Vilyarreal” gələn il Çempionlar Liqasında oynayacaq.
İspaniya çempionatında 2010/2011 futbol mövsümü başa çatdı. Ötən axşam 38-ci turun yeddi oyunu keçirilib.
Çempionatın yekunlarına görə, Çempionlar Liqasına vəsiqə qazanan “Valensiya” (3-cü yer) son turda “Deportivo”nu 2:0 hesağbı ilə məğlub edib. Oyundakı ilk qolu 4-cü dəqiqədə Arits Aduris vurub. “Valensiya”nın üstünlüyünü ikinci hissyə əlavə edilmiş 6-cı dəqiqədə Roberto Soldado möhkəmləndirib.
“Vilyarreal” da (4-cü yer) gələn il İspaniyanı Avropanın ən nüfuzlu klub turnqirində təmsil edəcək. Komanda mövsümü səfərdə “Osasuna” qarşısında 1:0 hesablı məğlubiyətlə bitirib. Qonaqların qapısına qolu 42-ci dəqiqədə Alvaro Sexudo vurub.
Sonuncu turun digər qarşılaşmalarının nəticələri:
“Malyorka” - “Atletiko” (Madrid) 3:4,
“Levante” - “Saraqosa” 1:2,
“Espanyol” - “Sevilya” 2:3,
“Real Sosyedad” - “Hetafe” 1:1,
“Rasinq” - “Atletik” (Bilbao) 1:2.
Başa çatan çempionatın yekunlarına görə, “Sevilya” (5-ci yer), Bilbao “Atletik”i (6-cı yer), Madrid “Atketik”i (7-cu yer) Avropa Liqasında mübarizə aparmaq hüququ əldə ediblər. “Deportivo”, “Almeriya” və “Erkules” yüksək liqanı tərk etməli olub.
“Barselona” üçüncü dəfə dalbadal İspaniya çempionu adını qazanıb, “Real” isə mövsümü ikinci pillədə başa vurub. Hər iki klub gələn il İspaniyanı Çempionlar Liqasında təmsil edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: