İspaniya çempionatı: Forlan “Atletiko”ya qələbə gətirdi
14 Noyabr 2010 Bazar 03:00
Uruqvaylı hücumçu iki qol vurub, bir qolda isə məhsuldar ötürmə ilə iştirak edib.
Diyeqo Forlanın iki dəqiq zərbəsi “Atletiko”ya İspaniya çempionatının 11-cu turunda “Osasuna” üzərində 3:0 hesablı qələbə gətirib.

Uruqvaylı futbolçu ilk qolunu 26-cı dəqiqədə vurub, 70-ci dəqiqədə isə dubla imza atıb. O, qollar arasındakı vaxt ərzində (41-ci dəqiqə) argentinalı komanda yoldaşı Serxio Aqueroya məhsuldar ötürmə verib və komandasının ikinci qolunda da bu yolla iştirak edib.

Qonaqlar 60-cı dəqiqədən sonra azlıqda qalıblar. “Osasuna”nın müdafiəçisi Naço Monreal ikinci xəbərdarlıqdan sonra meydandan qovulub.

12-ci turdan sonra sonra “Atletiko” 17 xal toplayıb. Madrid klubu “Sevilya” və “Valensiya” ilə birlikdə turnir cədvəlində 5-7-ci yerləri bölüşdürür. “Osasuna” isə 12 xalla 12-ci pillədədir. Çempionatın liderləri “Real” (26 xal), “Barselona” (25 xal) və “Vilyareal” (23 xal) klublarıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar