İspaniya çempionatı: “Espanyol” “Malaqa”ya qalib gəldi
07 Noyabr 2010 Bazar 03:35
Espanyol klubu bu qələbədən sonra turnir cədvəlinin dördüncü pilləsinə yüksəlib.
İspaniya çempionatında “Espanyol” öz meydanında “Malaqa”ya qalib gəlib. Barselonada keçirilən qarşılaşma 1:0 hesabı ilə başa çatıb. Oyunda yeganə qolu 2-ci dəqiqədə Xavi Markes vurub.

“Espanyol” bu qələbə ilə xallarının sayını 18-ə çatdırıb və turnir cədvəlinin drdüncü pilləsində “Valensiya”nı əvəz edib. “Valensiya” 10-cu turun oyununu noyabrın 8-də səfərdə “Sevilya”ya qarşı keçirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar