İspaniya çempionatı: “Barselona” qalib gəldi
08 Noyabr 2010 Bazar Ertəsi 01:15
Bu qələbədən sonra kataloniyalılar turnir cədvəlinin bir neçə saatlıq liderinə çevrildilər.
“Barselona” klubu İspaniya çempionatı çərçivəsində səfərdə “Hetafe” komandasını məğlub edib. Oyun kataloniyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarışlaşmada hesabı 23-cü dəqiqədə “Barselona”nın argentinalı hücumçusu Lionel Messi (23-cü dəqiqə) açıb. Hesab arasındakı fərqi David Vilya (34-cü dəqiqə), ardınca isə Pedro Rodriges (65-ci dəqiqə) artırıblar. “Hetafe”nin təsəlli qolu isə 70-ci dəqiqəyə təsadüf edib. Manu del Morala 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

“Barselona” bu qələbə sayəsində xallarının sayını 25-ə çatdırıb və turnir cədvəlində birinciliyə yüksəlib. Lakin bu dəqiqələrdə Madriddə “Atletiko” ilə qarşılaşan “Real” (23 xal) birinciliyi özünə qaytara bilər. “Real” birinci hissədən sonra 2:0 hesabı ilə irəlidədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar