İspan yığmasının otelində qəza
21 İyun 2010 Bazar Ertəsi 21:30
İspan yığmasının otelində qəza. Futbolçuların otağının tavanı çöküb.
Honduras millisi ilə matç öncəsi Yohannesburqda ispan yığmasının qaldığı oteldə qəza baş verib. Futbolçuların qaldığı “Da Vinçi” otelində nömrələrdən birinin tavanı çöküb.
Qəzanın baş verməsinə səbəb su borularında yaranmış nasazlıq olub. Axan suyun təyziqinə dözməyən tavan çöküb. Xoşbəxtlikdən hadisə baş verən zaman otaqda heç kəs olmayıb. Fubolçuların əşyalarını da heç bir zərər olmadan xilas etmək mümkün olub.
Qeyd edək ki, bu gün Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatında Bakı vaxtı ilə saat 23:30-da İspaniya və Honduras milliləri qarşılaşacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: