İraqın topunu qaytardılar
20 Mart 2010 Şənbə 19:40
Yozef Blatter: "İraq yenidən FİFA-nın tamhüquqlu üzvüdür"
Beynəlxalq Futbol Federasiyası (FİFA) klublar və milli yığmalar arasında keçirilən beynəlxalq turnirlərdə İraq komandalarının iştirakına qoyulmuş qadağanı ləğv edib. “İraq yenidən FİFA-nın tamhüquqlu üzvüdür”,-deyə FİFA prezidenti Yozef Blatter bildirib.

Xatırladaq ki, İraq Futbol Assosiasiyası (İFA) 2009-cu ilin noyabr ayında diskvalifikasiya olunub. Buna səbəb isə hökumətin Assosiasiyanın işinə qarışması olub. İraq polisinə qurumun ofislərinə nəzarət etmək səlahiyyəti verildikdən və direktorlar şurası edam olunmuş diktator Səddam Hüseynlə əlaqədə ittiham edilərək buraxıldıqdan sonra FİFA bu cür sanksiyaya əl atmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar