İraq FİFA-dan çıxarıldı
21 Noyabr 2009 Şənbə 01:00
Buna İraq siyasətçilərinin milli futbol federasiyasının fəaliyyətinə müdaxiləsi səbəb olub
FİFA İraqı müvəqqəti olaraq beynəlxalq futbol federasiyasının sıralarından xaric edib. Buna siyasətçilərin milli futbol federasiyasının fəaliyyətinə müdaxiləsi səbəb olub. İraqın Olimpiya Komitəsi isə fubol federasiyasını buraxıb.
FİFA-nın qərarından sonra futbol üzrə İraq millisi beynəlxalq oyunlarda iştirak etmək və beynəlxalq futbol təşkilatından maliyyəyələşmək hüququndan məhrum olub. Əgər ölkənin futbol federasiyası bərpa edilsə, İraq yenidən FİFA sıralarına qəbul oluna bilər.
Qeyd edək ki, futbol üzrə İraq millisi 2007-ci ildə Asiya çempionu olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar