İran yığmasına baş məşqçi tapılıb
04 Aprel 2011 Bazar Ertəsi 23:50
Karlos Keyruş İran Futbol Federasiyasının təklifini qəbul edib
Portuqaliya yığma komandasının sabiq baş məşqçisi Karlos Keyruş İran Futbol Federasiyasının təklifini qəbul edib. Məlumata görə, bu gün Keyruş İran rəsmiləri ilə 3 illik müqavilə bağlamaq üçün Tehrana gəlib. Hava limanında jurnalistlərin suallarını cavablandıran çalışdırıcı "Hədəfim İranı 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına daşımaqdır" deyib.

Qeyri-rəsmi xəbərlərə görə, Karlos Keyruşun illik məvacibi 2 milyon avro olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar