İran Olimpiyadaya qadın idmançı göndərir
16 İyul 2012 Bazar Ertəsi 10:23
Qonşu dövlət Olimpiyadaya qadın idmançı göndərir.
Səudiyyə Ərəbistanın Olimpiyadaya qadın idmançı göndərəcəyini açıqlamasından sonra İrandan da bir ilk gəlib. Belə ki, Londonda keçiriləcək Olimpiya Oyunlarında stolüstü tennisdə ilk dəfə bir iranlı qadın idmanaçı çıxış edəcək. 25 yaşlı Nida Şahsavari iyulun 27-də başalayacaq Olimpiyada gedəcəyi üçün çox həyəcanlı olduğunu deyib.

O,"AFP" agentliyinə açıqlamasında ölkəsi üçün medal qazanmağın xəyalını qurduğunu bilidirb. "Ümid edirəm ki, masa tennisində olimpiyadada İranı təmsil edən son oyunçu olmaram. Bu çox çətindir amma ən yaxşısını edəcəm. Ölkəmdə necə geyinirəmsə, olimpiyadada elə geyinəcəyəm. Geyimim rahatdır və ona öyrəşmişəm".



DOSTLARINLA PAYLAŞ:

oyunlar