İran millisinin kapitanı erməni oldu
20 Yanvar 2011 Cümə Axşamı 18:00
Andranik Teymuryana kapitan sarğısı etibar edilib.
Erməni futbolçu Andranik Teymuryan İran yığmasının kapitanı seçilib. Bu məlumatı İranda erməni dilində çap olunan “Araz” qəzeti yayıb. İran yığması hazırda Asiya Kubokunda mübarizə aparır. Andranik Teymuryan futbolçu dünən baş tutan Birləşmiş Ərəb Əmirlikləri ilə oyunda komandasının heyətində ən yaxşı futbolçu seçilib. Futbolçunun fərqləndiyi görüşdə İran yığması rəqibini 3:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, Teymuryan İran millisinin yarımmüdafiə xəttində yer alıb. Futbolçu karyerasına Tehranın “Ararat” klubunda başlayıb. Sonradan İngiltərənin “Bolton” və ”Fulhem” klublarında çıxış edən futbolçu hazırda Təbriz şəhərini təmsil edən “Traktorsazi” klubunda çıxış edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar