İran milli bilyard oyunlarının ingilis məşqçisi İslamı qəbul edib
23 Oktyabr 2010 Şənbə 02:35
Devid Conru daha çox mütaliə edərək yaxşı müsəlman olmağa çalışacağını deyib.
Bilyard oyunları üzrə dünya çempionu Devid Conru keçirilən xüsusi mərasimdə Kəlmeyi şəhadət gətirərək İslam dinini qəbul etdi. O, bu mərasimdən sonra adını Davud olaraq dəyişdirib.
Bu mərasimin sonunda ona həccə getmək üçün maddi vəsait təqdim edildi. Hüccətil-İslam Təqi isə Devidə Qurani-Kərimin ingilis dilinə tərcüməsini və bir neçə dəyərli kitab hədiyyə etdi.
Devid, İslam dinini qəbul etməyi haqda deyir: “Məşhədə səfər etdiyim zaman mənim daxilimdə inqilab baş verdi və İslam dininə qarşı meyl əmələ gəldi. Neçə il Əbu-Dabidə, Qətarda və Bəhreyndə məşqçi olmuşam. Orada İslam ilə tanış olmuşam. İrana gələndən sonra isə buranın mədəniyyəti məni cəzb etdi. Məşhəddə müsabiqə təşkil edildiyi üçün oraya getdim və İmam Rza (ə) hərəminə getmək istədim. O zamandan qərara aldım ki, müsəlman olum. Ümid edirəm ki, bu müddətdə daha çox mütaliə edərək, yaxşı müsəlman ola bilim”.
Bu mərasimdə Hüccətil-İslam Seyidrza Təqi necə və nəyə inanmağından asılı olmayaraq insanlara baxışlarının eyni olduğunu bildirib: “Bizim istər müsəlman və istərsə də qeyri-müsəlmanlara qarşı baxışımız - insani baxışdır. Bütün insanlara ehtiram göstərmək - dinin göstərişlərindəndir. Bizim sizinlə əvvəllər insani münasibətimiz vardı, indi isə fikri və dini münasibətimiz də olacaq. İslam dini ləzzət bəxş edən bir dindir. Bu şərtlə ki, onu canımızla qəbul edək. O insan ki, şəhadət deyər, həqqun-nasdan başqa onun bütün əvvəlki günahları bağışlanılar”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: