İradə Aşumova finala çıxa bilmədi
29 İyul 2012 Bazar 17:04
İradə Aşumova 10 metr məsafəyə atəş açmaq üzrə yarışda 39-cu olub.
Güllə atıcımız İradə Aşumova bu gün London Olimpiadasında ilk sınağına çıxıb. O, 10 metr məsafəyə atəş açmaq üzrə yarışda 39-cu olub və nəticədə final mərhələsindən kənarda qalıb.

Lakin buna baxmayaraq, İradə Aşumova mübarizəni davam etdirir. Yaxın günlərdə o, 25 metr məsafəyə atəş açmaq üzrə yarışa qatılacaq.




DOSTLARINLA PAYLAŞ:

oyunlar