İqtisadçı yenə qələbə qazandı
23 Fevral 2011 Çərşənbə 22:01
İqtisadçı yenə qələbə qazandı. Qızlarımız bu dəfə Çexiyanın "Kralovo Pole" klubunu məğlub edib.
Bakının "İqtisadçı" voleybol klubu bu gün "Çelenc Cup"un 1/4 final mərhələsində ilk oyununu keçirib. Jan De Brandtın rəhbərlik etdiyi komanda Çexiyanın "Kralovo Pole" klubunu qəbul edib. Bu mövsüm keçirdiyi 8 oyunda 8 qələbə qazanan "İqtisadçı" 9-cu oyununda da rəqibinə heç bir şans verməyib - 3:0. Komandalar arasında cavab oyunu martın 2-də Çexiyada keçiriləcək.

İqtisadçı (Azərbaycan) - Kralovo Pole (Çexiya) 3:0 (25:20, 25:19, 25:17) ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar