İqtisadçı Rumıniya klubunu sınağa çəkəcək
11 İyul 2011 Bazar Ertəsi 23:14
Voleybol üzrə kişilər və qadınlar arasında EKB kuboku və "Çağırış" kuboku yarışlarının püşkatma mərasimi keçirilib.
2011-2012-ci illər mövsümündə voleybol üzrə kişilər və qadınlar arasında EKB kuboku və "Çağırış" kuboku yarışlarının püşkatma mərasimi keçirilib. Həmin 4 turnirdə Azərbaycanı 4 klub təmsil edəcək.

Onlardan biri “İqtisadiçı” Avropa kubokları yarışlarında çıxış edəcək. "Çağırış" kubokunun II raundunda bizim voleybolçu qızların rəqibi Buxarestin (Rumıniya) “Dinamo” komandası olacaq. Onların ilk görüşü noyabrın axırlarında və ya dekabrın əvvəlində Bakıda olacaq.

Cavab görüşü dekabrın 6-da, 7-də, yaxud da 8-də olmalıdır. 1/16 finalda uğurla çıxış edəcəyi halda “İqtisadçı” həmin mərhələdə “Omiçka” (Omsk vilayəti, Rusiya) – AEL (Kipr, Limasol) cütlüyünün görüşündə məğlub olan komanda ilə oynayacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar