İqor Getman "Neftçi"yə qayıtdı
09 Mart 2010 Çərşənbə Axşamı 17:10
Veteran futbolçu aşağı yaş qrupları üzrə komandalara nəzarət edəcək
İqor Getman yenidən "Neftçi" klubuna dönüb. Vaqif Sadıxovun komandaya baş məşqçi təyin edilməsindən sonra klubdan uzaqlaşdırılan veteran futbolçu artıq yeni işini icrasına başlayıb.

Sadıxova qədər "Neftçi"də köməkçi-məşqçi işləyən Getman bundan sonra yeni vəzifə icra edəcək. "Neftçi" rəhbərliyi onu aşağı yaş qrupları üzrə komandalara nəzarətçi təyin edib.

Xatırladaq ki, İqor Getman fasilələrlə 11 il "Neftçi"nin formasını geyinib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar