İnterDünya çempionatına qələbə ilə başladı
16 Dekabr 2010 Cümə Axşamı 10:25
İtaliya təmsilçisi Asiya çempionu “Seonqnam” kollektivini məğlub edib
Birləşmiş Ərəb Əmirliklərində futbol üzrə klublararası Dünya çempionatı davam edir. Artıq finalda oynayacaq hər iki klubun adına aydınlıq gəlib. Konqonun “TP Mozembe” klubunun ardından UEFA Çempionlar Liqasının son qalibi İtaliyanın “İnter” komandası həlledici oyuna vəsiqə qazanıb.
“İnter” Asiya çempionu “Seonqnam” klubunu 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. “İnter”in heyətində Deyan Stankoviç, Xavyer Zanetti və Diyeqo Milito fərqlənib. Bu qələbə sayəsində “İnter” Qitələrarası kubokun final qarşılaşmasında ”TP Mozembe” klubu ilə mübarizə aparmaq hüququ qazanıb.
Xatırladaq ki, klublararası Dünya çempionatının final qarşılaşması dekabrın 18-də baş tutacaq.
DOSTLARINLA PAYLAŞ: