İnterbizə futbol dərsi keçdi
08 Dekabr 2010 Çərşənbə 20:35
Nadir Qasımov: "İki aydan sonra "Şuşa" tamam fərqli komanda olacaq"
“Çox güclü komanda ilə qarşılaşdıq, “İnter” bizə futbol dərsi keçdi”. ANS PRESS-in məlumatına görə, bu barədə NBC Bank Azərbaycan kubokunun 1/8 finalına "Şuşa" - "İnter" oyunundan sonra keçirdiyi brifinqdə “Şuşa” komandasının baş məşqçisi Nadir Qasımov bildirib. Komandanın bir neçə ay ərzində formalaşdırıldığını deyən baş məşqçi futbolçuların hamısının yerli idmançılar olduğunu söyləyib. “İki aydan sonra “Şuşa” tamam fərqli komanda olacaq, heyətimizə yeni futbolçular qatacağıq. Hər bir komanda ilə istədiyimiz səviyyədə mübarizə aparacağıq”, - deyə M.Qasımov əlavə edib.

“İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze isə komandasından razı qaldığını deyib: “Ən əsas da gənc futbolçuları meydana buraxmışdıq, onların oyunu məni razı saldı. Ola bilsin ki, gələcəkdə yenə də gənc futbolçulardan istifadə etdik. “Şuşa” yeni və gənc komandadır, onlara uğurlar arzulayıram”.

Xatırladaq ki, rəqibini 4:1 hesabı ilə məğlub edən "İnter" növbəti mərhələyə vəsiqə qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar