İnter yunan klubu ilə heç-heçə etdi
20 İyul 2012 Cümə 23:19
Paytaxt klubu ilk oyunda “Asteras”a qalib gələ bilmədi.
Bu gün Bakının “İnter” klubu Avroliqada növbəti oyununu keçirib. ANS PRESS-in məlumatına görə, I təsnifat mərhələsində Estoniyanın “Trans” klubuna səfərdə 5:0, evdə 2:0 hesabı ilə qalib gələn “bankirlər” bu dəfə Yunanıstanda son mövsümü 6-cı yerdə başa vuran “Asteras”la üzləşib.
Bakının “Dalğa Arena” stadionunda keçirilən oyunda hesabı 46-cı dəqiqədə “İnter”-in oyunçusu Şuts açıb.
Lakin qonaqlar tezliklə hesabda tarazlıq yaradıb. Matçın 54 dəqiqəsində yunanların hücumçusu Uzero hesabı bərabərləşdirib.
Bundan sonra hər iki komanda bir neçə qol imkanı yaratsa da hesab dəyişməyib: 1:1.
DOSTLARINLA PAYLAŞ: