“İnter” yoldaşlıq görüşündə qalib gəlib
20 İyun 2009 Şənbə 13:50
Türkiyənin “Tekirova Bələdiyyəsi” komandasını “İnter” 5:2 hesabı ilə məğlub edib

Avroliqaya və yeni mövsümə hazırlığını Türkiyənin Sparta şəhərində davam etdirən “İnter” təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Klubun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Türkiyənin “Tekirova Bələdiyyəsi” komandası ilə qarşılaşmada “İnter” 5:2 hesabı ilə qalib gəlib. Qarşılaşmada Valter Quqlielmone iki, Xaqani Məmmədov, Petar Zlatinov və Rövşən Əmiraslanov hərəyə bir qol vurublar.  “İnter” növbəti oyununu iyunun 22-də “Manavqat Bələdiyyəsi”nə qarşı keçirəcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar