“İnter” yeni "bombardir" tapıb
13 Avqust 2010 Cümə 17:35
Antonio Kassano Milan təmsilçisinin maraq dairəsinə düşüb.
Hücumçusu Mario Balotellini İngiltərənin “Mançester Siti” klubuna satan “İnter” futbolçuya əvəz tapıb. “İnter” klubuna yeni təyin olunmuş baş məşqçi Rafael Benites rəhbərlikdən “Sampdoriya”nın hücumçusu Antonio Kassanonun alınmasını istəyib.

Ötən mövsüm göstərdiyi oyunla “Sampdoriya”nın Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanmasında önəmli rol oynayan Kassanonun transferi üçün “İnter” rəhbərliyinin əlindən gələni əsirgəməyəcəyi bildirilir.

Xatırladaq ki, əvvəllər “Roma” və “Real” (Madrid) klublarının şərəfini qoruyan 28 yaşlı Antonio Kassano ötən mövsüm “Sampdoriya”nın heyətində çıxdığı 31 oyunda 11 qol atmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar